Azərbaycanda yanvar-avqust ayları üzrə könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 94 milyon 46 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 819 min manat və ya 3% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında bu göstərici 91 milyon 227 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 62 milyon 111 min manat təşkil edib ki, bu da illik müqayisədə 13 milyon 478 min manat və ya 28% çoxdur.
Ötən ilin eyni dövründə 48 milyon 633 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 66% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 13% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 53% təşkil edib.