Ən böyük könüllü qeyri-həyat sığorta növü olan tibbi sığorta üzrə yığımlar artsa da, ödənişlərdə azalma müşahidə olunub.
FED.az Mərkəzi Bankın məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ilin səkkiz ayında tibbi sığorta yığımları 7 milyon 743 min manat (8.3%) artaraq 93 milyon 625 min manatdan 101 milyon 368 min manata yüksəlib.
Buna baxmayaraq, sığorta ödənişləri 3 milyon 235 min manat (5.2%) azalaraq 62 milyon 82 min manatdan 58 milyon 847 min manata enib.
Nəticədə tibbi sığorta üzrə zərərlilik göstəricisi 8.6 faiz bəndi azalaraq 66.3%-dən 58.1%-ə enmişdir.