Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar artıb və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 74 milyon 488 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 853 min manat və ya 9% çoxdur.
2024-cü ilin yanvar-mart aylarında bu göstərici 68 milyon 635 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 16 milyon 949 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 313 min manat və ya 16% azdır.
2024-cü ilin eyni dövründə 20 milyon 262 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 23% təşkil edib ki, buda illik 7% azdır. 2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə zərərlilik əmsalı 30% olub.