Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 133 milyon 26 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 939 min manat və ya 8,1% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 123 milyon 87 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 89 milyon 204 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 438 min manat və ya 7,7% azdır. Ötən ilin eyni dövründə 96 milyon 642 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 67,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11,3 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 78,4% təşkil edib.












