Bu ilin ynvar-aprel aylarında Azərbaycanın sığorta bazarında toplanan 311 milyon 337 min manat sığorta haqqının 209 milyon 807 min manatı və ya 67,4%-i könüllü sığortaların payına düşüb.
FED.az xəbər verir ki, sığorta haqlarının 101 milyon 530 min manatı və ya 32,6%-i isə icbari sığorta növlərinin hesabına toplanıb.
2019-cu ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə sığorta haqlarının yığımı 19,1%, icbari sığorta növlərində yığımlar isə 14% artıb.
FED.az xəbər verir ki, bu dövrdə 105 milyon 565 min manat sığorta haqqı ödənilib ki, bu məbləğin 80 milyon 282 min manatı və ya 76%-i könüllü sığortaların payına düşüb.
Sığorta ödənişlərinin 25 milyon 283 min manatı və ya 24%-i icbari sığortalar üzrə ödənilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə ödənişlər 85,2% artıb, icbari sığortalar üzrə isə ödənişlər 8,5% artıb.