Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 129,948 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 17,3% azdır.
Eləcə də bax: Həyat sığortası 28% azalıb, qeyri-həyat sığortası isə 23% artıb
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 97,5% artaraq 71,227 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 29,912 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,7% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 2,9% artaraq 16,322 milyon manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 23 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-mart aylarında 28,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 44 manatdan 22,9 manata düşüb.