Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 3 milyon 613 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 44 min manat və ya 2,3 dəfə çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 569 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 419 min manat təşkil edib ki, bu da illik müqayisədə 597 min manat və ya 2,4 dəfə azdır. Ötən ilin eyni dövründə 1 milyon 16 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 11,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 53,2 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 64,8% təşkil edib.












