Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb .
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- avqust aylarında bu növ sığorta üzrə yığımlar 10 milyon 681min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 444 min manat və ya 4% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 11 milyon 125 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 2 milyon 705 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 921 min manat və ya 3,5 dəfə çoxdur. 2023-ci ilin eyni dövründə 784 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 25% olub. Bu da illik müqayisədə 17% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 8% idi.