Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- dekabr aylarında bu növ sığorta üzrə yığımlar 12 milyon 943 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 734 min manat və ya 40.6% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 9 milyon 209 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 3 milyon 495 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 815 min manat və ya 2 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 1 milyon 680 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 27% olub. Bu da illik müqayisədə 8,8% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 18,2% idi.