Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Banka istiandən xəbər verir ki, cari ilin yanvar- aprel aylarında bu növ sığorta üzrə yığımlar 7 milyon 798 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 506 min manat və ya 16% azdır.
2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 9 milyon 305 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 1 milyon 587 min manat təşkil edib ki, bu da illik müqayisədə 903 min manat və ya 2.3 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə 684 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 20,4% olub. Bu da illik müqayisədə 13% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 7,4% idi.