Son illər "PAŞA Sığorta" şirkəti tərəfindən açıqlanan KASKO ödənişləri diqqəti çəkir.
FED.AZ xəbər verir ki, şirkətin sosial media hesablarında paylaşdığı məlumatlara əsasən, cəmi üç müxtəlif sığorta hadisəsi üzrə avtomobil sahiblərinə ümumilikdə 119 min 514 manat sığorta ödənişi həyata keçirilib.
Ən böyük ödənişi dağlıq ərazidə aşaraq ciddi zədələnən avtomobilə görə həyata keçirilib ki, bu da 52 min manat təşkil edib. Digər hadisədə üzərinə başqa avtomobil düşərək yararsız vəziyyətə düşən nəqliyyat vasitəsinin sahibinə 40 min 214 manat, yanğın nəticəsində tamamilə sıradan çıxan avtomobil üçün isə 27 min 300 manat ödənilib.
Qeyd edək ki, hər üç avtomobil PAŞA Sığortanın KASKO sığortası ilə təmin olunduğundan, dəymiş zərər sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq qarşılanıb.
















