Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 54 milyon 7 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 371 min manat və ya 21,0% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 44 milyon 636 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 23 milyon 265 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 650 min manat və ya 49,0% çoxdur. Ötən ilin eyni dövründə 15 milyon 615 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 43,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 8,1 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 35,0% təşkil edib.





                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







