Avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə həm yığımlarda, həm də ödənişlərdə ciddi artım müşahidə olunur.
Avtomabilin icbari sığortasında zərər yenə artır - HƏR 100 MANATDAN 74 MANAT SÜRÜCÜLƏRƏ ÖDƏNİLİR
FED.az Mərkəzi Bankın hesabatına əsasən, 2025-ci ilin səkkiz ayında KASKO üzrə yığımlar 7 milyon 127 min manat (18.0%) artaraq 39 milyon 495 min manatdan 46 milyon 622 min manata çatıb.
Sığorta ödənişləri isə daha sürətlə – 6 milyon 682 min manat (49.1%) artaraq 13 milyon 601 min manatdan 20 milyon 283 min manata yüksəlib.
Ödənişlərin yığımları üstələyən artım tempi zərərliliyi də artırıb. Son bir ildə KASKO üzrə zərərlilik göstəricisi 9.1 faiz bəndi artaraq 34.4%-dən 43.5%-ə yüksəlib.