Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 78 milyon 626 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 594 min manat və ya 19,1% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 66 milyon 32 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 32 milyon 463 min manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 167 min manat və ya 39,4% çoxdur. Ötən ilin eyni dövründə 23 milyon 296 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 41,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6,1 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 35,3% təşkil edib.












