Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası (KASKO) illik müqayisədə artıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin Yanvar ayında 1 milyon 712 min manat sığorta haqları toplanmışdısa, 2018-ci ilin Yanvarında bu məbləğ 2 milyon 75 min manat təşkil edib.
Ödənişlər isə 731 min manatdan 830 min manata qalxıb.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə 2016-cı ildə 21 milyon 260 min manat, 2017-ci ildə isə 22 milyon 547 min manat sığorta haqları toplanmışdı