Belə ki, bir müddət əvvəl, iyulun 1-də axşam saatlarında Həmid İbrahimovun idarə etdiyi 50-DE-150 nömrəli «Chevrolet Camaro» avtomobili Sumqayıtda işıqforun qırmızı işığında keçərək qəza törədib - «Opel» markalı başqa bir avtomobillə toqquşub.
Eləcə də bax: Qırmızı işıqda keçən «Camaro»ya ödəniş düşürmü? – SIĞORTA MÜBAHİSƏSİ
Eləcə də bax: Qırmızı işıqda keçən «Camaro»nun işi böyüyür – SIĞORTA MÜBAHİSƏSİ
Qəzada günah «Chevrolet Camaro» sürücüsündə olduğuna (qırmızıda keçib) görə, «Opel» avtomobili «Camaro»nun icbari sığortası hesabına təmir edilib. H.İbrahimovun sözlərinə görə, «Opel»ə böyük zərər dəyməyib – təqribən 300 manat. «Chevrolet Camaro»nun icbari sığortası «Azsığorta» şirkətində olduğu üçün bu ödənişdə problem olmayıb. Lakin Camaro nun kasko sığortası Kasko Butikdə olub. Kasko Butik ilkin olaraq sürücünü qırmızıda keçməkdə qınayaraq ödəniş etməkdən imtina etmişdi. Lakin uzun çəkişmədən sonra Kasko Butik məhkəmə olmadan . «Chevrolet Camaro»nun sahibinə ödənməli olan 5500 manat kasko sığorta ödənişini həyata keçirib. Bununla da hər iki tərəf arasında yaşanan narazılıq aradan qaldırılıb.