Koronavirus pandemiyası və sərt karantin tədbirləri ASC «Standard İnsurance» Sığorta Şirkətinin müflis elan olunması ilə bağlı məhkəmə baxışın təxirə salınmasına səbəb olub.
Eləcə də bax: «Standard Insurance»ın müflisliyi ilə bağlı - MƏHKƏMƏ TƏXİRƏ SALINIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.
Xatırladaq ki, AMB İdarə Heyətinin 19 may 2020-ci il tarixli qərarı «Standard İnsurance» Sığorta Şirkətinin sığorta fəaliyyəti üçün lisenziyası ləğv edilib və AMB şirkətin iflas prosedurunun başlanılması üçün məhkəməyə müraciət edib.
«Standard İnsurance»ın müflis elan olunması ilə bağlı 2020-ci il iyulun 6-da keçirilməsi nəzərdə tutulmuş məhkəmə baxışı xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq təxirə salınıb.
Məhkəmə baxışı 29 iyul 2020-ci il saat 15.00-da Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində keçiriləcək.