Azərbaycanda ötən il üzrə işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə yığımların həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il üzrə ümumilikdə bu növ sığorta üzrə yığımlar 804 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min manat və ya 10% azdır.
2023-cü ildə bu göstərici 894 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.