Azərbaycanda işə götürənin könüllü məsuliyyət sığortası üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 650 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 min manat və ya 4% azdır.
Əvvəlki ilin eyni dövründə bu göstərici 676 min manat təşkil edib.
Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər edilməyib.