Azərbaycanda icbari sığortalar üzrə elektronlaşma prosesi artıq yekunlaşıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı İcbari Sığorta Bürosunun (İSB) sədri Rəşad Əhmədov deyib.
O bildirib ki, ötən il daşınmaz əmlakın icbari sığortası, bu növ üzrə məsuliyyət sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə elektronlaşma tamamlanıb. Kağız sığorta şəhadətnamələri tarixə qovuşub.
R. Əhmədov həmçinin qeyd edib ki, avtomobillərin icbari sığortası üzrə şəhadətnamələrin elektron qaydada əldə edilməsi ilə bağlı problemlər aradan qaldırılıb: "Ötən il sığorta şəhadətnamələrin 50%-i elektron qaydada satın alınıb. Elektron arayışların verilməsi ilə bağlı mühüm addımlar atılıb. Daxili İşlər Nazirliyi və İSB sistemi vasitəsilə 50 minə yaxın arayış sığorta şirkətlərinə göndərilib". (Apa)