İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının könüllü tibbi sığortası və balansındakı avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə elan etdiyi açıq tenderlərə yekun vurub.
FED.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən hər iki tenderin qalibi “Meqa Sığorta” şirkəti olub. Tenderin nəticələrinə əsasən "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqavilələrinin bağlanması nəzərədə tutulur.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.