“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) elan edib ki, səhmdarların 14 noyabr 2025-ci il tarixində keçirilməsi planlaşdırılan növbədənkənar Ümumi Yığıncağı təxirə salınıb.
ASC-dən FED.az-a verilən məlumatına görə, yığıncağın keçirilməsi 15 dekabr 2025-ci il tarixinə qədər təxirə salınıb.
Toplantı Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində yerləşən “Aviation Services Group”un inzibati binasında baş tutacaq.














