“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti Ümumi Yığıncağın tarixini dəyişir.
FED.az xəbər verir ki, bu barədə ASC-nin məlumatında bildirilir.
Məlumatda deyilir: “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Cəmiyyətin Səhmdarlarının 15 oktyabr 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçirilməsi nəzərdə tutulmuş növbədənkənar Ümumi Yığıncağı 14 noyabr 2025-ci il tarixə təyin edilir.