“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 31 yanvar 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- Cəmiyyətin cari fəaliyyəti ilə bağlı məsələlərin müzakirə edilməsi.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materialların səhmdarlara təqdim edilməsi üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]












