“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 31 mart 2026-cı il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.
FED.AZ xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- Cəmiyyətin 2025-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi;
- Cəmiyyətin illik maliyyə hesabatlarının təsdiqlənməsi;
- Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]












