“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Cəmiyyətin Səhmdarlarının 19 sentyabr 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçirilməsi nəzərdə tutulmuş növbədənkənar Ümumi Yığıncağı 15 oktyabr 2025-ci il tarixədək təxirə salınır.
FED.az bu barədə ASC-yə istinadən xəbər verir.
Yığıncağın keçirilməsinin tarixi, saatı və yeri barədə əlavə məlumat veriləcəkdir.