“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 28 iyun 2024-cü il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən ASG Holdinqin binasında keçiriləcəkdir.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
- “Sığortaçılarda korporativ idarəetmə standartları” nın tətbiqi ilə bağlı tədbirlərin görülməsi;
- Digər cari məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]