“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2024-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186 ünvanında keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. “İpək Yolu Sığorta” ASC-nin 2023-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və maliyyə hesabatlarının təsdiqlənməsi;
2. “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının ləğv edilməsi və Audit Komitəsinin təsis edilməsi;
3. Digər cari məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]