“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
FED.AZ xəbər verir ki, Ümumi Yığıncaq 19 sentyabr 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin edilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması;
- Digər cari məsələlər.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]