Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə Azərbaycanda sığorta yığımları 281,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 100,4 milyon manatla "Paşa Həyat Sığorta" və 95,2 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Qala Sığorta" Şirkətinin ödənişləri 19,2 milyon manatı keçib.
"Atəşgah Həyat Sığorta"nın yığımları isə 16,8 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkəti isə 9,6 milyon manatdan çox sığorta haqqı toplayıb.
"Aqrar Sığorta"nın yığımları isə 7,9 milyon manatdan yüksək olub.