Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 184 milyon 98 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 808 min manat və ya 3% çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 178 milyon 289 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 61 milyon 623 min manat təşkil edib ki, bu da illik müqayisədə 11 milyon 416 min manat və ya 23% çoxdur.
Əvvəlki ilin eyni dövründə 50 milyon 208 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 33% təşkil edib. Zərərlilik son bir ildə 5% artıb,
Ötən ilin eyni dövründə zərərlilik 28% idi.