İcbari Sığorta Bürosu (İSB) sentyabrın 14-də Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin I Assambleyasında iştirak edir
FED.az xəbər verir ki, Assambleyada iştirak edən İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib ki, “Türk Dünyası Sığorta Birliyinin I Assambleyasının Şuşada keçirilməsi böyük tarixi və simvolik məna daşıyır.
Bu tədbir türk dünyasında sığorta sektorunun inkişafı, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platformadır. Təcrübə paylaşımı çərçivəsində irəli sürülən innovativ məhsullar və müasir yanaşmalar sığorta bazarının zənginləşməsinə, daha çevik və dayanıqlı həllərin formalaşmasına şərait yaradacaq. Bu da öz növbəsində sahənin müasirləşməsinə mühüm töhfə verəcək.”
Qeyd edək ki, Assambleya Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilir və tədbirdə İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev, həmçinin direktor müavinləri Seymur Mirzəyev və Səməd Səmədov iştirak edirlər.