Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2025-ci il ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 75,6% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 182 milyon 114 min manat toplanıb, 137 milyon 593 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.
Xatırladaq ki, 2024-cü ildə bu göstərici 77,5% idi. Ümumilikdə bu sığrota növü üzrə 167 milyon 711 min manat sığorta haqqı toplanmış və 129 milyon 997 min manatı ödənişlərə yönəldilmişdi.












