Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, bu ilin 3 ayı ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 73% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 38 milyon 530 min manat toplanıb, 28 milyon 20 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-mart aylarında bu göstərici 75% idi. Ümumilikdə bu sığrota növü üzrə 37 milyon 10 min manat sığorta haqqı toplanmış və 27 milyon 679 min manatı ödənişlərə yönəldilmişdi.