Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, ötən ilin ərzində bu növ sığorta üzrə zərərlilik göstəricisi 78% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 167 milyon 711 min manat toplanıb, 129 milyon 997 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artıqdır.
Xatırladaq ki, 2023-cü ildə bu göstərici 57% idi. Ümumilikdə bu sığrota növü üzrə 170 milyon 930 min manat sığorta haqqı toplanmış və 97 milyon 909 min manatı ödənişlərə yönəldilmişdi.