Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.
FED.az Mərkəzi Bankın hesabatı istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 77% olub.
Qeyd edək ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 154 milyon 173 min manat toplanıb, 118 milyon 383 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıqdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 61% idi.