İyun ayı ərzində Azərbaycanda sığorta şirkətlərinin nə qədər sığorta haqları topladığı məlum olub. FED.az-ın apardığı təhlildən məlum olub ki, bir ay ərzində ən çox sığorta haqlarını "PAŞA Həyat" , "PAŞA Sığorta" və "Atəşgah Həyat", "Atəşgah Sığorta" şirkətləri yığıb.
Eləcə də bax: Sığorta haqlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ – (İYUN, 2019)
Ümumilikdə sığorta şirkətləri tərəfindən iyun ayında 42 mln 064 min manatlıq sığorta haqları toplanıb ki, bu məbləğin də 29 mln 337 min manatı da yuxarıda adları qeyd edilən 4 şirkətin payına düşüb.
İyun ayında sığorta haqlarının böyük hissəsini - 2 QRUP TOPLAYIB
15:51
25 İyul 2019