İtaliya səhiyyə və icbari tibbi sığorta sektorunda inqilabi yeniliyə imza atıb. FED.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra tibbi xidmətin qiyməti ailənin gəlirinən asılı olaraq dəyişəcək. Başqa sözlə, ailələrin tibbi sığorta xərcləri onların gəlirlərindən asılı olacaq.
Eləcə də bax: İcbari tibbi sığorta üçün son 44 gün - NƏLƏR DƏYİŞƏCƏK? – RƏSMİ
Yenilik gələn maliyyə ilindən, yəni 2020-ci ilin aprelin 1-dən başlayır. «Səhiyyə naziri Roberto Speransanın rəhbərliy ilə hazırlanan yeni qanun İtaliya cəmiyyətində xidmətlərin daha ədalətli bölünməsinə imkan verəcək» - deyə mətbuat yazır.
Yeniliyə görə, ailənin ümumi gəliri ilə yanaşı, ailə üzvlərinin sayı, əlilliyin olub-olmaması, xroniki və nadir xəstəliklərin olub-olmaması nəzərə alınacaq.