Bu il dekabrn 1-nə olan məlumata görə, Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı 575 nəfər təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,96 dəfə azdır. Ötən il bu göstərici 1 131 nəfər idi.
Eləcə də bax:İcbari tibbi sığortanın başlayacağı - İLK 23 RAYON - TƏDBİRLƏR BAŞLADI
İşsizlikdən sığorta ödənişi alanların 352 nəfəri Bakının payına düşüb.
Qeyd edək ki, ötən il işsizlikdən sığorta ödənişinin orta məbləği 212,9 manat, bu il isə 278,6 manat olub ki, bu da əvvəlki göstəricidən 65,70 manat və ya 30,85% çoxdur.
Məlumat üçün bildirək ki, bu il dekabrn 1-nə olan məluamta görə, Azərbaycanda olan işsizlərin sayı 79 736 nəfərdir ki, bu da ötən illə müqayisədə 49 310 nəfər və ya 2,62 dəfə çoxdur.