İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinın hazırladığı “İslahat İcmalı”nın 2020-ci il üçün ilk sayı Daşınmaz əmlakın icbari sığortasına həsr olunub.
FED.az xəbər verir ki, icmalda daşınmaz əmlakın sığortalanması sisteminin tarixi və dünya təcrübəsində tətbiqi, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın icbari sığortasının şərtləri-sığorta haqları və tariflər, əhatə dairəsi, təminat verdiyi obyektlərin təsnifatı, sığorta hadisəsi hesab olunan və olunmayan halların müəyyənləşdirilməsi, sığorta hadisəsi baş verən zaman zəruri olan addımlar kimi önəmli məlumatlar oxuculara daha sadə və oxunaqlı şəkildə, infoqrafikalar vasitəsilə təqdim olunub.
Bundan başqa, xüsusi buraxılışda sığorta sistemi ilə bağlı informasiya dəstəyinə dair keçid linkləri verilib, eyni zamanda, daşınmaz əmlakın icbari sığortasının tətbiqinin vətəndaşlar üçün əhəmiyyəti də izah olunub.
“İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz: