Bu ilin yanvar ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımların miqdarı ötən ilin eyni dövrü ilə müqayisə də artıb, ödənişlər isə azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, bu ilin yanvar ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımların məbləği 2 mln 242,2 min manat, ödənişin məbləği isə 390 min manat olub.
Ötən ilin eyni dövrüdə bu sığorta növü üzrə yığımlar 1 mln 767 min manat, ödənişlər isə 446,7 min manat təşkil etmişdi.
Başqa sözlə 1 ildə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzr yığımların miqdarı artıb, ödənişlər isə azalıb. Belə ki, yığımlar 26,88% artarkən, ödənişlər 12,75% azalıb.
İş yerində bədbəxt hadisələrə görə yığımlar artıb, ödənişlər isə azalıb
12:44
16 Mart 2019