«Azərbaycan İpoteka Fondu» əməkdaşlarının tibbi sığortası ilə bağlı tenderə yekun vurub. FED.az xəbər verir ki, Fondun məlumatına görə, işçiləri «Paşa Sığorta» sığortalayacaq.
«Azərbaycan İpoteka Fondu»ASC-nin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender başa çatmış və tenderin qalibi olaraq «PAŞA Sığorta» ASC seçilib. «Azərbaycan İpoteka Fondu» ASC ilə «PAŞA Sığorta» ASC arasında 26 dekabr 2017-ci il tarixli 0177/17 nömrəli satınalma müqaviləsi bağlanıb»-deyə fondun məlumatında bildirilir.