“İpək Yolu Sığorta” ASC bu ilin I rübünü 689 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 575 min manat mənfəətlə çıxmışdı
FED.az xəbər verir ki, yanvar-mart aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 9 milyon 350 min manat (illik müqayisədə 31,1% çox), xərcləri 8 milyon 489 min manat (29,45% çox), mənfəət vergisi ödəmələri isə 172 min manat (1 il bundanəvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 36 milyon 933 min manat olub ki, bu da illik müqayisədə 26,3% azdır.
Son 1 ildə şirkətin öhdəlikləri 24,8% azalaraq 20 milyon 507 min manata, balans kapitalı isə 28% azalaraq 16 milyon 426 min manata düşüb.
“Renkinq”