Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan “İpək Yolu Sığorta” koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
Belə ki, bu məqsədlə "İpək Yolu Sığorta" şirkəti tərəfindən Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılmışdır.
Qeyd edək ki, "İpək Yolu Sığorta" fəaliyyətə başladığı ilk gündən respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkət müştərilərə 30-a yaxın sığorta növü üzrə xidmətlər, o cümlədən bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və digər növlər üzrə peşəkar sığorta xidmətləri təklif edir.
Ünvan:
Nəsimi r-nu, Akademik Həsən Əliyev küç. 4/186,
Telefon:
(+994 12) 598 38 50
(+994 12) 598 39 50
(+994 12) 598 31 92
(+994 50) 246 10 15
Email: [email protected]