Bu ilin birinci yarısında “İpək Yolu Sığorta” ASC-nin gəlirləri 7,8 milyon manat olmaqla, ötən ilin birinci yarısı ilə müqayisədə 478,5 min manat və ya 6,7% artıb.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-İYUN, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirlərinin 6,5 milyon manatı əsas əməliyyat gəlirlərinin payına düşüb. Bu gəlirlər illik müqayisədə 450,3 min manat (7,5%) artıb.
Bundan başqa, investiya gəlirləri 1,9 min manat artaraq 785,8 min manata, digər gəlirləri 349,1 min manat artaraq 654,2 min manata yüksəlib. Xalis sığorta ehtiyatlarının dəyişməsinə 73,5 min manat sərf olunub.
Hesabat dövründə şirkətin xərcləri 6,9 milyon manat olmaqla, ötən ilin ilk yarısına nəzərən 637,4 min manat və ya 10,2% artıb. Xərclərin 5,1 milyon manatı əsas əməliyyat xərclərinin, 1,3 milyon manatı işlərin aparılması xərclərinin, 400 min manatı digər xərclərin payına düşüb.
Şirkətin maliyyə mənfəəti 937,1 min manat, mənfəəət vergisi xərci 187,4 min manat təşkil edib. Yekunda sığorta şirkəti bu ilin ilk yarısını 749,7 min manat xalis mənfəətlə başa vurub.
Bu ilin ilk yarısının sonunda “İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri 20,2 milyon manat təşkil edib. Bu da, ötən ilin birinci yarısının sonuna nəzərən 959,6 min manat, yaxud da 4,7% çoxdur. Aktivlərin 2,3 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 13,5 milyon manatı investisiyaların, 1,6 milyon manatı debitor borclarının payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 5 milyon manat olmaqla, illik müqayisədə 1,1 milyon manat (28,2%) artıb. Öhdəliklərin 3,1 milyon manatı sığorta ehtiyatlarının, 1,8 milyon manatı kreditor borclarının, 204,5 min manatı digər öhdəliklərin payına düşüb.
Nəticə olaraq, 2026-cı ilin iyun ayının sonuna “İpək Yolu Sığorta” ASC-nin cəmi kapitalı 15,2 milyon manat təşkil edib. Aktivlərin 14,8 milyon manatı nizamnamə kapitalının, 400 min manatı bölüşdürülməmiş mənfəərin payına düşüb.










![“İpək Yolu Sığorta” ASC altı ayda 8 milyon manat qazanıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/2354677.jpg)
![“İpək Yolu Sığorta” ASC altı ayda 8 milyon manat qazanıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/749418.jpeg)
![“İpək Yolu Sığorta” ASC altı ayda 8 milyon manat qazanıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3655020.jpeg)
![“İpək Yolu Sığorta” ASC altı ayda 8 milyon manat qazanıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3070466.jpeg)









