Azərbaycanın sığorta şirkəti olan «İpək Yolu» 2019-cu ili mənfəətlə başa vurub.
Eləcə də bax: «Qala Sığorta»nın mənfəəti 55% artıb - MƏBLƏĞ
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 39 milyon 191,2 min manat, cəmi xərcləri 38 milyon 95,2 min manat təşkil edir.
Ötən il «İpək Yolu» sığorta haqqı kimi 37 milyon 983,2 min manat toplayıb, 148 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib. Sığorta şirkətinin gəlirlərinə 530,1 min manat isə investisiya fəaliyyətindən, 4,8 min manat subroqasiya gəlirlərindən, 821 min manat sair gəlirlərdən daxil olub.
Ötən il şirkət 36 milyon 213,2 min manat sığorta ödənişi verib. 2019-cu ildə «İpək Yolu Sığorta» işlərin aparılması xərcləri 1 milyon 882 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 1 milyon 95,9 min manat, 219,2 min manat vergi ödənişindən sonra isə xalis mənfəəti 876,8 min manat olub.