Azərbaycanın sığorta şirkətləri üçün yeni «başağrısı» yaranıb. FED.az xəbər verir ki, söhbət avtomobillərin icbari sığortasında bir neçə il əvvəldən başlayaraq tətbiq edilən «Bonus-Malus» sistemi və onun sığorta şirkələri üçün yaratdığı maraqlı vəziyyətdən gedir.
Eləcə də bax: Xidmət səviyyəsi mənfi balla qiymətləndirilən sığorta şirkətləri - SİYAHI
Qeyd edək ki, Bonus-Malus sistemi Azərbaycanda 2013-cü ildən işə düşüb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onun tətbiq edilməsində məqsəd intizamlı və təhlükəli sürücülərə görə, sığorta haqlarının fərqləndrilməsi idi.
Yəni bu sistemə görə, intizamlı sürücülər üçün icbari sığorta haqqı hər il azalır, təhlükəli, yəni qəza törədənlr üçün isə yüksəlir.
Maliyyə Nazirliyinin vaxtilə təsdiqlədiyi qaydalara görə, Bonus-Malus sistemi üzrə qəza törətməyənlərin sığorta haqqı hər il 5% azalır. Hətta bir neçə il avtomobili qəzasız idarə edən sürücülər üçün sığorta haqqı 0.45 əmsalla tətbiq ediləcək. Yəni iki qatdan da artıq azalacaq. Məsələn, avtomobilin icbari sığopta haqqı qanunla 100 manat olduğu halda, sürücünin qəzasız idarəetməsi nəticəsində bir neçə ildən sonra cəmi bu məbləğ 45-50 manata düşür.
Qəza törədəndə isə əksinə, qəzaların sayından asılı olaraq 40%, 80% artı rvə son nəticədə 3 qat arta bilər. Yəni 100 manatlıq sığorta haqqı olan avtomobtlin sürücüsü ardıcıl qəzalar törətsə, sığorta haqqı 300 manatadək yüksələcək.
Amma, diqqət: bu zaman sığorta ödənişinin maksimum məbləği dəyişmir – 5 min manat.
Bax, bu rəqəmlərə görə, sürücüləri intizamlı olmaq üçün təğbiq edilən bu sistem sığorta şirkətləri üçün problemə çevrilməyə başlayıb.
«Sizin Sığorta Brokeri» şirkətinin texniki direktoru Əbülfəz Şıxı FED.az-a bildirib ki, bu sistemin yaratdığı vəziyyət sığorta şirkətləri üçün risk yaradır: «Sığorta şirkətlərinin sığorta haqlarını azaldır. Amma ki, icbari sığorta və Bonus-Malus sistemi sığorta şirkətləri üçün məcburi olduğuna görə, bundan imtina etmək mümkün deyil».
Məsələ, bundadır ki, sğğorta şirkətlərinin riskləri sığortalamaq üçün risklərin idarə ediməsi metodologiası var. Burada sığorta haqqı və sığorta təminatı önəmli yer tutu rvə bu iki göstərici arasında balans gözlənilir. 100 manat sığorta haqqı ilə 5 min manatlıq təminatı verəndə, sığorta haqqı təminatın 2%-ni təşkil edir.
Sığorta haqqı 45-50 manata düşəndə isə bu 1% ətrafında olur. Doğrudur, qəza törədən sürücülər, buqun qarşılığında daha böyük sığorta haqqı ödəyirlər və bu həmin riskləri müəyyən qədər tənzimləyir. Amma sığorta agentinə ödənilən komissiyaları da nəzərə aldıqda, sığorta haqqı kəskin azalmış olur. Sığorta şirkətərini narazı salan da budur.
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, icbari sığopta haqqı həm də avtomobillərin mühərrikinin həcmindən asılıdır. Mühərrik böyük olduqca sığorta haqqı da artır.
Belə ki, mühərrikin həcmi 2 litr olduqda 100 manat, 2,5 litr olduqda 125 manat, 3 litr olduqda sığopta haqqı 150 manat, 3,5 litr olduqda 175 manat, 4 litr olduqda 200 manat və sair olaraq artır. Amma bu zaman sığorta təminatı olan 5 min manat dəyişmir.
Ə.Şıxı bildirir ki, bəzi şirkətlər məhz bu səbəbdən, kiçik mühərrik həcmli avtomobilləri sığortalağa həvəs göstərmirlər: «Böyük sığorta şirkətləri var ki, onlar mühərrikin həcmi 2 litrə olan maşınları sığortalamırlar. Hərçənd, qanuna görə imtina etmək olmaz və müştəri müraciət edibsə sığortalanmalıdır». Hərçənd təcrübədə icbari sığortadan boyun qaçıran şirkəti məhkəməyə verən də olmayıb.
Məsələnin maraqlı tərəfin ondadır ki, bəzi sığorta şirkətlərinin hesablamalarına görə, mühərrikin həcmi 2 litrə qədər olan olan avtomobillər ən çox qəza törədən avtomobillərdir: «Yəni bahalı maşınlar daha az qəza törədirlər və daha ehtiyatlı davranırlar».
Qeyd edək ki, artıq bir neçə gündən sonra, yanvarın 15-də avtomobil sahibləri üçün Bonus-Malus balları açıqlanacaq. Sürücülərin bu il ərzində icbari avtomobil tariflərinin necə hesablanacağı məhz bu ballardan asılıdır.