Ölkənin tanınmış sığorta şirkətlərindən olan "Xalq Sığorta" ASC Dövlət Vergi Xidməti işçiləri üçün xüsusi Kasko Sığortası üzrə möhtəşəm kampaniyaya başlayıb. Belə ki, şirkət vergi əməkdaşları üçün Xüsusi Kasko Paketi hazırlayıb.
FED.az xəbər verir ki, vergi əməkdaşları bu xüsusi təklifdən istifadə etməklə 2% tariflə sığorta təminatı, həmçinin sığorta haqqı məbləğini 6 və 12 aya ödəmək fürsəti, eləcə də franşizadan azadolma imkanı əldə edə bilərlər.
Xüsusi Kasko paketinin üstünlükləri:
- Ən aşağı faiz dərəcəsi - 2% tarif;
- Uzun müddətə ödəmək imkanı - 6 və ya 12 aya qədər;
- Sığorta haqqı məbləğinin aylar üzrə bərabər məbləğlərə bölünməsi ;
Qeyd edək ki, "Xalq Sığorta" ASC-nin təklif etdiyi xüsusi kasko paketi 06.02.2023 - 28.02.2023-cü il tarixləri ərzində qüvvədədir.
Ətraflı məlumat:
Tel: 183
www.xalqsigorta.az