Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətlərinin agentlərə veriləcək komissiya haqqının 15% keçməməsi xəbərdarlığı, sığorta bazarında müəyyən hərəkətə səbəb olub. Məsələ ilə bağlı FED.az-a açıqalama verən sığorta eksperti Xəyal Məmmədxanlı bildirib ki, bu yaxın günlərdə iki sığorta şirkətinin lisenziyasının məhdudlaşdırılması digər sığorta şirkətlərinə siqnal oldu. Bununla sığorta şirkətləri anladı ki, sərt məhdudiyyətlərlə üzləşə bilərlər. Xəyal Məmmədxanlının sözlərinə görə artıq bir çox şirkətlər 15%lik komissiya həddinə əməl edirlər.
Sığorta mütəxəssisin sözlərinə görə, komissiya haqlarını çox verən şirkətlər bunu komissiya haqqı kimi deyil,özlərinin gəlirlərindən pay kimi, motivasiya yaratmaq üçün verdiklərini bildirirdilər. Əslində isə dolayısı yolla bu vəsaiti xərclərinə daxil edirdilər . Bununla da bir tərəfdən vergi problemi, digər tərəfdən isə nəzarət problemi yaranırdı. Amma Palatanın sərt mövqeyindən sonra bu kimi məsələlər yığışdırılacaq deyə Xəyal Məmmədxanlı bildirib.
Artıq komissiya haqlarına görə tez-tez şirkət dəyişənlər var
Sığorta mütəxəssisi Elçin Eyvazovun sözlərinə görə, bəzi sığorta agentləri hansı şirkət yüksək komissiya verirsə həmin şirkətlə müqavilə imzalayır. Hesab edirəm ki 2-3% artıq faizə görə sığorta şirkətini tez-tez dəyişmək düzgün deyil. Bu müştəri tərəfdən də müsbət qarşılanmır deyə Elçin Eyvazov bildirib.
Sığorta agentləri indi daha çox bu şirkətə üz tuturlar
Sığorta agentləri hansı şirkətdən daha sərfəli və yaxşı şərtlərlə əldə edirlərsə o şirkətlərlə də əməkdaşlıq edirlər. Bunu FED.az-a sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib.
Hal-hazırad sığorta agentləri daha çox dövlət sığorta şirkətinə üz tuturlar. Çünki dövlət sığorta şirkəti nə avtobuslara, nə də hər hansı seriya maşınlara qadağa qoymadığı üçün agentlər arasında bu şirkətə böyük axın var deyə Ceyhun Əsgərov bildirib.
Məlumat üçün bildirək ki, bəzi sığorta şirkətləri icbari avtomobil sığortasında öz zərərliklərini aşağı salmaq üçün məhdudiyyət tətbiq ediblər. Belə ki, bəzi şirkətlər ictimai nəqliyyatda istifadə olunan avtobusları, Bakı və Abşeron seriyalı minik avtomobilləri, həmçinin kiçik həcmli mühərriki olan avtomobilləri sığortalamadıqları üçün sığorta agentlərinin müştəri dairəsi azalır. Dövlət sığorta şirkətində isə sadalanan bu problemlərin olmadığı üçün, sığorta agentləri dövlət sığorta şirkəti ilə işləməyə üstünlük verirlər.
İndi sığorta agentləri ən çox bu şirkəti seçirlər
17:21
15 May 2019