Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata görə, ötən illə müqayisədə bu il işə götürənlər daha məsuliyyətli olublar.
FED.az xəbər verir ki, bu ilin yanvar – iyul aylarında işə götürənlərin məsuliyyət sığortası üzrə yığımları 874.2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.84% çoxdur.
Artan təkcə bu sinfin sığorta yığımları yox, həmçinin sığorta ödənişləri də olub. Belə ki, ötən ilin yanvar – iyul ayları ilə müqayisədə bu ilin həmin dövründə 36.6 min sığorta ödənişi olub ki, bu da ötən ildən 89.63% çox deməkdir.